Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Sankt-Peterburqda Ukrayna xüsusi xidmət orqanlarının (XXO) agentura şəbəkəsinin fəaliyyətinin qarşısını alıblar.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-dən bildililib.
Qeyd edilib ki, şəbəkə müdafiə müəssisələrindən birinin rəhbərinin avtomobilini partlatmağa hazırlaşırmış.
Məlumata görə, əməliyyat nəticəsində iki gənc qadın və bir oğlan saxlanılıb.