AZ

Ötən ay 8 milyona yaxın tibbi xidmət göstərilib - TƏBİB

Bakı. Trend:

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində2025-ci ilin avqust ayı ərzində ümumilikdə 1 956 902 müraciət qeydəalınıb. Bunlardan 41 733-ü stasionar, 1 915 169-ü ambulatorolub.

Trendxəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, avqust ayında göstərilən xidmət sayında ötən ilineyni dövrü ilə müqayisədə artım müşahidə olunub.

"Belə ki, ay ərzində 7 917 064 tibbi xidmət göstərilib. Onlardan960 871-i stasionar, 6 956 193-ü ambulator olub. Tibbmüəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eynidövrü ilə müqayisədə 3 % artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laboratorxidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 239 481 saydalaborator müayinələr aparılıb ki, onların da 506 752-si stasionar,2 732 729-ü ambulator olub. Beləliklə, tibb müəssisələrindəgöstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illəmüqayisədə 8 % artım qeydə alınıb.
Avqust ayı ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 31002 olub. Onlardan 28 690 stasionar, 2 312 ambulatordur",- əlavəedilib.

Məqalədə:
Seçilən
21
13
az.trend.az

10Mənbələr