AZ

Bakıda qənd sexində döşəmə çökdü: ölən var

Bakıda qənd istehsal olunan sexdə faciəli hadisə yaşanıb.

Axar.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Binəqədi qəsəbəsinin ərazisində yerləşən qənd sexində taxta döşəmə çöküb.

Nəticədə orada xadimə işləyən, Bakı şəhər sakini 62 yaşlı Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
37
1
axar.az

1Mənbələr