AZ

Rusiyada məhkəmə icraçıları tərəfindən deportasiya edilən əcnəbilərin sayı məlum olub

Bu ilin yanvar-avqust aylarında məhkəmə icraçıları təxminən 35 min əcnəbi və vətəndaşlığı olmayan şəxsi Rusiyadan deportasiya edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti Federal Məhkəmə İcraçıları Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bu rəqəmlər 2024-cü ilin eyni dövrünün göstəricilərindən azdır. Belə ki, məhkəmə icraçıları həmin dövrdə təxminən 55 000 nəfəri deportasiya ediblər. Ötən il Rusiyadan ümumilikdə 88 min əcnəbi deportasiya edilib.

Cari ilin göstəricilərinin aşağı olması miqrantların deportasiya edilməməsi müqabilində Ukrayna ilə döyüşə göndərilmələri, eyni zamanda vətəndaşlığı olmayan şəxslərin dini və irqi ayrı-seçkiliyə məruz qalmaları nəticəsində ölkələrinə dönməsi ilə bağlı ola bilər.

Seçilən
20
1
ikisahil.az

2Mənbələr