AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 269 Bakı şəhəri, 16 sentyabr 2025-ci il

“Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 389 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 571; 2025, № 3, maddə 303) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bəndə “Komitəsi” sözündən sonra “, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası” üzrə:

2.1. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.5. Nazirlik tərəfindən hər il iyun ayının 1-dək enerji balansının layihəsi tərtib edilir. Nazirlik həmin layihəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdıraraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Enerji balansının layihəsində dəyişiklik edilməsi zərurəti yarandığı təqdirdə Nazirlik bu barədə təklifləri və enerji balansının yenilənmiş layihəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdırmaqla noyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.”;

2.2. 2.7-ci bənddə “və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi” sözləri “, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

2.3. 3.9-cu bəndə “Komitəsinin” sözündən sonra “, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin” sözləri əlavə edilsin;

2.4. Qaydaya əlavə – “Azərbaycan Respublikasının enerji balansı”nın strukturu (əvvəlki iki ilin faktiki, cari ilin gözlənilən, növbəti ilin illik, rüblük və sonrakı üç il üzrə illik)” üzrə:

2.4.1. 4.13 - 4.43-cü sətirlər müvafiq olaraq 4.16 - 4.46-cı sətirlər hesab olunsun və aşağıdakı məzmunda 4.13 - 4.15-ci sətirlər əlavə edilsin:

 

Seçilən
53
xalqqazeti.az

1Mənbələr