AZ

Süd və bal soyuqdəyməni müalicəETMİR

Soyuqdəymə zamanı geniş yayılmış xalq üsullarından biri olan isti südlə bal içmək qısa müddətə öskürəyi yüngülləşdirə bilər. Lakin bu, virus infeksiyasını aradan qaldırmır, bəzi hallarda isə onun inkişafını sürətləndirə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə lenta.ru-ya müsahibəsində həkim Dmitri Bıstrov xəbərdarlıq edib.

Onun sözlərinə görə, güclü öskürək və çoxlu bəlğəm olduqda isti süd bəlğəmi daha da ağırlaşdıra bilər:
“Əgər vəziyyətdə pisləşmə müşahidə edirsinizsə, belə içkidən imtina etmək yaxşıdır. Allergiya və digər əks göstərişlər olmadıqda, az miqdarda bal ilə isti süd boğazı sakitləşdirmək və yuxunu yaxşılaşdırmaq üçün simptomatik vasitə kimi istifadə oluna bilər”, -  deyə Bıstrov bildirib.

Ekspert əlavə edib ki, bu xalq metodu həkim tərəfindən təyin olunmuş müalicəni əvəz etmir. Onun sözlərinə görə, qızdırma zamanı südlə baldan imtina etmək və suya və ya zəif çaylara üstünlük vermək daha faydalıdır.

“Əgər südlə bal qəbul etdikdən sonra öskürəyin güclənməsi, təngnəfəslik, səpki və digər narahatedici əlamətlər yaranarsa, istifadəni dayandırın və həkimə müraciət edin”, - deyə Bıstrov tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr