Bu qərar mənzil bazarına necə təsir edəcək? Qiymətlərdə dəyişiklik olacaqmı, yoxsa yeni yaşayış məkanları paytaxt sakinləri üçün daha əlçatan seçimlər təqdim edəcək?
Qaynarinfo xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, sözügedən layihə paytaxtın mənzil fonduna ciddi təsir göstərəcək.
Onun fikrincə, bu cür iri miqyaslı layihələr şəhərin genişlənməsi, əhalinin artan tələbatının qarşılanması və daşınmaz əmlak bazarının canlanması baxımından önəmlidir:
"Layihənin ilk mərhələsində bu ərazilərdə qiymət artımı gözləniləndir. Həmçinin Balaxanı, Zabrat və digər yaxın yaşayış məntəqələrində də qiymətlərə təsir edəcəyi ehtimal olunur. Əsas səbəb infrastrukturun inkişafı və şəhər sərhədlərinin genişlənməsidir. Bu proses Bakı şəhərinin 2040-cı il Baş Planı çərçivəsində həyata keçirilən şəhərsalma siyasətinin tərkib hissəsidir. Paytaxtın mərkəzində məskunlaşma sıxlığı artdıqca, onunkənar ərazilərə doğru böyüməsi təbii prosesə çevrilir”.