AZ

Miras üstündə dəhşət – Atasına bombalı tələ qurdu, partlatdı

Türkiyədə qorxunc hadisə qeydə alınıb.

Yenisabah.az xəbər verir ki,  2024-cü il iyunun 30-da Mazıdağı rayonunun Karşıyaka məhəlləsində partlayış hadisəsi qeydə alınıb. İstintaqın ilkin məlumatına görə, ailədaxili münaqişə zəminində miras mübahisəsi səbəbindən bir kişi 3 dostu ilə birləşərək atasına sui-qəsd hazırlayıb.

Bu məqsədlə partlayıcı qurğu hazırlanaraq avtomobilə yerləşdirilib. Lakin sui-qəsd hazırlanan şəxs şübhə yarandığı üçün qurğunu avtomobildən çıxarıb və tərk edilmiş binaya qoyub. Daha sonra uzaqdan idarəetmə ilə partlayış həyata keçirilib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. pizza hut

Baş verənlərlə bağlı cinayət işi açılıb, bir neçə şəxs saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, şüphəlilər hakim qarşısına çıxarılıb və onlara “qəsdən adam öldürməyə cəhd” və “təhlükəli maddələrin qanunsuz saxlanılması və ya dövriyyəsi” maddələri üzrə cəza verilməsi tələb olunub. Planı hazırlayan kişi atasını qorxutmaq məqsədilə səs bombası düzəltdiyini deyib. Sui-qəsd hazırlanan ata isə həmin şəxslərdən şikayətçi olmayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
90
yenisabah.az

1Mənbələr