Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum olub.
Publika.az Report-a istinadən xəbər verir ki, hadisə hakim "Gürcü Arzusu" partiyasının ofisinin yaxınlığında qeydə alınıb.
İlkin məlumatlara əsasən, insident zamanı xəsarət alan olmayıb. Detallar məlum deyil.