AZ

Sanders İsrailin Qəzzadakı hərəkətlərini pisləyən ilk ABŞ senatoru olub

Müstəqil Vermont senatoru Bernie Sanders İsrail əsgərlərinin Qəzza zolağındakı hərəkətlərini soyqırım adlandıraraq İsraili tənqid edən Senatın ilk üzvü olub...

 

Poliqon xəbər verir ki, bu barədə Politico yazıb.

Senator həmçinin Tramp administrasiyasını İsrailin baş naziri Benyamin Netanyahunun etnik təmizləmə siyasətini dəstəklədiyinə görə tənqid edib.

Sandersin sözlərinə görə, Ağ Ev Prezident Trampın "Yaxın Şərq Rivierası" ilə bağlı təhrif baxışına yer açmaq üçün fələstinlilərin qonşu ölkələrə könüllü miqrasiyasına təkan verir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin iki diviziyasının Qəzza şəhərinin dərinliklərinə doğru irəlilədiyi bildirilirdi.

Sentyabrın 16-na keçən gecə İsrail ordusu 20 dəqiqə ərzində Fələstin şəhərinə 37 hava zərbəsi endirib. İsrail qüvvələri helikopter və dronlardan istifadə edib, həmçinin artilleriyadan atəş açıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü briqada generalı Efi Defrin bildirib ki, İsrail ordusuna Qəzza şəhərini tam ələ keçirmək üçün bir neçə ay lazım olacaq.

Poliqon.info

Seçilən
53
poliqon.info

1Mənbələr