AZ

Dünya çempionatı: Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizə aparacaq

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycanın yunan-Roma güləşçiləri Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayırlar.

AZƏRTAC xəbər verir ki, bu gün milli komandanın 4 üzvü - Eldəniz Əzizli (55 kiloqram) ilə yanaşı, Sənan Süleymanov (77 kiloqram), Qurban Qurbanov (82 kiloqram) və Beka Kandelaki (130 kiloqram) qüvvəsini sınayacaq.

Qeyd edək ki, hələlik Azərbaycanın hesabında 4 medal var. Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kiloqram) gümüş, Nürəddin Novruzov (61 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Osman Nurməhəmmədov (92 kiloqram) isə bürünc mükafat qazanıblar.

 

Seçilən
38
1
azertag.az

2Mənbələr