AZ

Polşanın müdafiə naziri Ukraynaya səfər edib

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış Kiyevə səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kamış Ukraynanın müdafiə naziri Denis Şmıxalla görüşəcək və Ukraynanın müdafiəsinə dəstək və Rusiyanın təcavüzü kontekstində təhlükəsizlik vəziyyətini müzakirə edəcək.

Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO ölkələrinə alyansın ərazisini və vətəndaşlarını Rusiyanın pilotsuz təyyarələrindən qorumaq üçün Ukrayna üzərində uçuşa qadağa zonası yaratmağı nəzərdən keçirməyi təklif edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr