AZ

Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Avropa Komissiyası yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq etməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" “Politico”ya istinadən xəbər verir ki, 19-cu sanksiyalar paketinin təqdimatı sentyabrın 19-u və ya 22-də baş tuta bilər.

Qeyd edilir ki, Avropa Komissiyası sənədin “cümə və ya bazar ertəsi” açıqlanacağını bildirib, lakin bəzi məmurlar bunun daha tez də təqdim edilə biləcəyini istisna etmirlər.

Əslində, yeni məhdudiyyətlərin elan olunması əvvəlcə sentyabrın 17-nə planlaşdırılsa da, proses təxirə salınmışdı.

“Politico” yazır ki, bu gecikmə Avropa İttifaqının diqqətini Rusiyaya qarşı yeni sanksiyalardan Slovakiya və Macarıstana “Rusiya neftindən asılılığı azaltmaq” üçün təzyiqlərə yönəltməsi ilə bağlıdır.

Almaniyanın “Handelsblatt” nəşri isə Aİ mənbələrinə istinadən sanksiyalar paketinin sentyabrın 19-da açıqlana biləcəyini qeyd edib.

Seçilən
15
operativmm.az

1Mənbələr