AZ

Niderland AIM-120C-8 AMRAAM raketləri alır

ABŞ Dövlət Departamenti 570 milyon dollar dəyərindəki AIM-120C-8 AMRAAM raketlərinin Niderlanda satışını təsdiq edib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 232 ədəd “hava-hava” tipli AIM-120C-8 raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçısı rolunda ABŞ-ın “RTX Corporation” şirkəti çıxış edəcək.

Seçilən
7
poliqon.az

1Mənbələr