AZ

Yanvar-avqust aylarında “e-sosial” internet portalından 10,5 milyon dəfə istifadə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2 milyon 633 minə çatıb.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, 2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.

“E-sosial” portalı üzərindən pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə müxtəlif növdə elektron arayış əldə etmək də mümkündür.       

Cari ilin 8 ayında portaldan 10,5 milyon dəfə istifadə olunub.

Seçilən
9
10
qaziler.az

10Mənbələr