İsrail Dəməşqin cənub-qərbindən İsrail sərhədinə qədər ərazinin üç zonaya bölünməsini təklif edib.
Publika.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, təklifə əsasən, Dəməşqin cənub-qərbindən İsrail sərhədinə qədər uzanan bölgə A, B və C zonalarına bölünəcək və hər zonada Suriya ordusunun məhdud sayda əsgər və yüngül silahla mövcudluğuna icazə veriləcək.
Plana görə, sərhədə yaxın zonada yalnız daxili təhlükəsizlik və polis qüvvələri yerləşdiriləcək, ağır silah və ordu hissələrinin girişinə icazə verilməyəcək. Həmin ərazi Suriya hərbi təyyarələri üçün uçuşa qadağan zona elan ediləcək.
Hermon dağı istisna olmaqla, İsrailin son aylarda işğal etdiyi mövqelərdən mərhələli şəkildə geri çəkilməsi nəzərdə tutulur. Əvəzində, İsrail bu bölgədən İrana hava dəhlizi açılmasına imkan yaradaraq gələcəkdə mümkün hücumlar üçün istifadə etməyi planlaşdırır.