AZ

Suyu kəsib, məlumatı sonra yaydılar - Sakinlər məlumatsız qaldı - FOTO

Nərimanov rayonunda bugün səhər saatlarından etibarən su kəsilib.

Milli.Az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti suyun kəsiləcəyiilə bağlı məlumatı su kəsildikdən sonra rəsmi "facebook" səhifəsində yayıb.

Bu da öz növbəsində ərazidə yaşayn sakinlərin hazırlıqsız olmasına səbəb olub. 

Xidmətin rəsmi "facebook" səhifəsinə edilən paylaşımın isə daha sonra vaxtı dəyişdirilib və məlumatın dünən yayılmış təsəvvürü yaradılıb.

Məlumata görə isə Nərimanov rayonu ərazisində yol infrastrukturunun genişlənməsi məqsədilə görülən işlər çərçivəsində magistral su xəttinin dəyişdirilməsi ilə əlaqədar bugün axşam saatlarınadək bu xətdən qidalanan abonentlərə suyun verilməsində fasilə yaranacaq.

Su təchizatında fasilə yaranacaq küçələr: Ə.Rəcəbli, Təbriz, Əliyar Əliyev, Nazim Hacıyev, Faiq Yusifov, Tarzan.H.Məmmədov, Ə.Orucəliyev, Mirzəbala Məmmədzadə, Həsənoğlu, F.Xoyski, A.M.Cümə, Y.V.Çəmənzəminli, Ağa Nemətulla, Akad.H.Əliyev, Heydər Əliyev pr, B.Dadaşov, Qafur Rəşad, S.Y.Bakuvi və bütün Montin qəsəbəsi

Mehman Əsədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
25
2
milli.az

3Mənbələr