AZ

Rusiyada dəhşətli terrorun son anda qarşısı alındı

Sankt-Peterburqda terror aktı hazırlayan Ukrayna xüsusi xidmət orqanlarının agentləri şəbəkəsi ifşa edilib.

Xüsusilə, Sankt-Peterburqda müdafiə müəssisəsinin rəhbərini öldürməyi planlaşdıran Ukrayna xüsusi xidmət orqanlarının agentləri həbs edilib.

Məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb.
Cinayətkarlar müdafiə müəssisələrindən birinin rəhbərinin avtomobilini partlatmağa hazırlaşırdılar. Şəhər qəbiristanlıqlarından birində üzərində bomba olan gizlənmə yeri tapılıb. Həbs olunanları ömürlük həbs cəzası gözləyir.

“Federal Təhlükəsizlik Xidməti kustar üsulla hazırlanmış partlayıcı qurğu ilə avtomobilini partlatmaqla müdafiə sənayesi müəssisəsinin rəhbərinə qarşı terror aktı hazırlamaqda iştirak edən 1993, 1994 və 2006-cı il təvəllüdlü üç Rusiya vətəndaşından ibarət Ukrayna xüsusi xidmət orqanlarının agentləri şəbəkəsinin fəaliyyətinin qarşısını alıb”.

FSB agentlərdən birinin həbsinin görüntülərini yayıb. Videoda cinayəti törədən şəxsin uzun ətək geyindiyi və əlində əsa daşıyaraq yolsuzluq avtomobilinə yaxınlaşdığı, bir müddət ərazidə qaldığı, sonra isə getdiyi görünür.

Xüsusi xidmətin məlumatına görə, agent asayiş keşikçilərini çaşdırmaq üçün yubka geyinib.

Seçilən
18
veteninfo.az

1Mənbələr