AZ

Fransada bu gün kütləvi etirazlar gözlənilir: 80 min polis səfərbər olunub

Bakı. Trend:

Fransada hökumətin təklif etdiyi büdcə ixtisarlarına etirazolaraq ölkədə ümumilli tətil elan olunub, gün ərzində əsashəmkarlar ittifaqlarının iştirakı ilə ölkədə kütləvi nümayişlərinvə yürüşlərin təşkil olunacağı gözlənilir.

Bu barədə Trendxarici KİV-ə istinadla xəbər verir.

Aksiyalar yeni baş nazir Sebasten Lekornunun ölkənin böyük büdcəkəsiri və borcunu həll etmək üçün siyasi rəqiblərlə danışıqlaraparması fonunda elan edilib. Həmkarlar ittifaqları Lekornununsələfinin ( əvvəlki baş nazirin) təqdim etdiyi, sosial təminatödənişlərinin dondurulması və sərt qənaət siyasətini nəzərdə tutanbüdcə layihəsindən imtina etməsini tələb edirlər.

Onların fikrincə, bu tədbirlər aşağı maaşlı və orta təbəqəişçilərinin alıcılıq qabiliyyətini daha da zəiflədəcək. Baş nazirdəyişikliyindən əvvəl yayımlanan birgə bəyanatda həmkarlarittifaqları bu təklifləri “misilsiz qəddarlıq” adlandıraraq,əvvəlki hökumətin “işçiləri, qeyri-sabit məşğulluqda olanları,təqaüdçüləri və xəstələri bu yükü daşımağa məcbur etməsini”təəssüflə qeyd ediblər.

Həmkarlar ittifaqları, həmçinin minimum pensiya yaşını 62-dən64-ə qaldıran prezident Emmanuel Makronun pensiya islahatını datənqid atəşinə tutmaqda davam edirlər.

Vəzifədən gedən daxili işlər naziri Bruno Retayyo çərşənbə günüküçələrdə “çox güclü səfərbərlik” gözlədiyini bildirib. Onunsözlərinə görə, ölkə üzrə təxminən 80 min polis və jandarm səfərbərediləcək.

Məqalədə:
Seçilən
58
az.trend.az

1Mənbələr