AZ

Zaxarova Zelenskinin bu görüntüsünü ələ saldı FOTO

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Rus Pravoslav Kilsəsinin dağıdılması Ukrayna Prezidenti Volodimir Zelenski və onun dəstəkçilərinin müqəddəsləşdirilməsi ilə davam edir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında yazıb.

O, Zelenskinin sosial mediada yayılan fotosuna belə reaksiya verib:

“Mən bunun saxta olduğunu düşünürdüm. Amma yox, doğrudur. Göründüyü kimi, Ukrayna mediası xalqın rejimdən qurtulmaq üçün hazır olduğuna incə eyham vurur”.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rus Pravoslav Kilsəsi və əlaqəli təşkilatların ölkədə fəaliyyətinin qadağan edilməsi haqqında qanun imzalayıb.

Qanun qüvvəyə mindikdən sonra Rus Pravoslav Kilsəsi ilə əməkdaşlıqda şübhəli bilinən Ukrayna kilsələrinə əlaqələri kəsmək üçün doqquz ay vaxt veriləcək.

Sözügedən foto

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
globalinfo.az

1Mənbələr