AZ

Bəhram Bağırzadə: Ata, mən səni yarı yolda qoymadım

Aktyor Bəhram Bağırzadə atasının xatirəsini yad edib.

Yenisabah.az xəbər verir ki, o, sosial media hesabında atasının fotosunu paylaşaraq ürək sözlərini bölüşüb:

“Artıq on yeddi il keçir ki, atam həyatda yoxdur. O, on yeddi il məni 2008-ci ilin həmin sentyabr günündən ayırır. Məndən bəzən soruşurlar: ‘Onun üçün darıxırsanmı?’ Mən isə həmişə səmimi cavab verirəm: "Xeyr". Yox, ona görə ki, sevmirəm və ya unutmuşam. Sadəcə, atam mənim üçün heç vaxt həqiqətən getməyib. pizza

Darıxmaq – yanında olmayan kəs üçün həsrət çəkməkdir. Amma o – yanımdadır. Həmişə… Hər gün… Səhərin sükutunda, günün tələskənliyində, sevinc anlarında və tərəddüd dəqiqələrində. Mən daim onunla danışıram, xəbərlərimi bölüşürəm, yaddaşımda onun müdrik məsləhətlərini axtarıram, dualar oxuyuram. Onun varlığı mənim həyatımın sakit, amma sarsılmaz dayağına çevrilib.

Buna görə də məndən soruşanda ki, "dünyada ən çox nəyi arzulayırsan?", mənim yalnız bir, dəyişməz cavabım olur: mən o görüşü arzulayıram. Hər birimizi yolun sonunda gözləyən görüşü... Mən onunla görüşməyi, onu möhkəm qucaqlamağı – bu həyatda çatdıra bilmədiyim kimi, onun gözlərinin içinə baxmağı və bütün həyatımı içinə sığışdıracağım cümləni deməyi arzulayıram: Ata, mən səni yarı yolda qoymadım. Mən sənin adını layiqincə daşımağa çalışdım”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
24
4
yenisabah.az

5Mənbələr