AZ

Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"

Deputatdan

“Bizdə Xəzər Su İnnovasiya Forumu keçirildi. Bilmək istəyirəm ki, bizim komitənin üzvləri o Foruma niyə dəvət olunmamışdılar? Biz hər yerdə onların fəaliyyətini təbliğ edirik, dəstək veririk. Ancaq bu Forumda biz niyə iştirak etmirik? Sonra da deyirlər ki, bizi niyə tənqid edirsiniz?!”

Bunu deputat Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Mən çox xahiş edirəm aidiyyəti qurumlardan, bəlkə kontakt itibsə, yenidən o əlaqəni yaradaq. Biz ovaxtkı “Azərsu” ilə böyük bir tədbir keçirmişdik. Xahiş edirəm onu başqa bir formatda keçirək. Çünki su ilə bağlı Prezident də həyəcan təbili çalıb. Xüsusilə şirin su ehtiyatları ilə bağlı bizim ciddi problemlərimiz var. Ona görə də biz o qurumla işləməliyik”, - deputat bildirib(Qafqazinfo).
Seçilən
22
4
reyting.az

5Mənbələr