"Bayern"in qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun "Çelsi"yə qarşı oyununda (3:1) iştirak edib və bununla da əsas avrokubok turnirində 100-cü qələbəsini qeyd edib.
Publika.az xəbər verir ki, 39 yaşlı almaniyalı əfsanə yarışda bu nailiyyətə imza atan 4-cü futbolçu olub. Bu barədə “Sky Sports” məlumat yayıb.
Kriştiano Ronaldo (115), Tomas Müller (110) və İker Kasilyas (101) Çempionlar Liqasında ən çox qalibiyyətə sahibdirlər. Onlardan sonuncu karyerasını başa vurub, digərləri isə başqa qitədə çıxış edirlər.
Qeyd edək ki, Noyer karyerası ərzində Çempionlar Liqasında 151 oyun keçirib, 139 qol buraxıb və 62 oyunda qapısını toxunulmaz saxlayıb. Manuelin Münhen klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.