Olay.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Lacoste” loqosunu dəyişdi
92 illik fransız moda markası “Lacoste” timsah loqosunu dəyişmək qərarı alıb.
OLAY yazır ki, bu dəyişikliyin səbəbi markanın uzun müddətdir əməkdaşlıq etdiyi tenisçi Novak Djokoviçə görədir. Belə ki, yeni hazırlanan loqoda timsah yerinə “keçi” (GOAT) fiqurundan istifadə ediləcək. Bu “bütün zamanların ən yaxşısı” (greatst of all time) deməkdir.
Qeyd edək ki, bu müvəqqəti bir dəyişiklikdir və sadəcə limitli sayda hazırlanmış özəl kolleksiya bu loqo ilə istehsal olunacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.