AZ

Suriya İsraillə təhlükəsizlik sazişi imzalaya bilər

Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa Dəməşqdə jurnalistlərə deyib ki, Suriya və İsrail arasında danışıqlar təhlükəsizlik razılaşmasına gətirib çıxara bilər. Bu barədə ərəb mediasına istinadən “İnterfaks.ru” məlumat yayıb.

Bildirilir ki, İsraillə bu təhlükəsizlik danışıqları “lazımdır” və “yaxın günlərdə” nəticələrə gətirib çıxara bilər.

Əş-Şaraa qeyd edib ki, potensial razılaşma İsrailin bu illər ərzində dəfələrlə pozduğu Suriya hava məkanının təhlükəsizliyini, eləcə də Suriyanın ərazi bütövlüyünü əhatə etməlidir.

Onun sözlərinə görə, ABŞ Suriyaya İsraillə razılığa gəlmək üçün təzyiq etməyib, ancaq vasitəçi kimi çıxış edib.

Əş-Şara əlavə edib ki, BMT təhlükəsizlik sazişi imzalanacağı təqdirdə onun icrasına nəzarət etməli olacaq.

Eyni zamanda, onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair sazişin bağlanması hazırda nəzərdən keçirilmir.

P.Əmircanov
XQ

Seçilən
30
1
xalqqazeti.az

2Mənbələr