AZ

Ukrayna ordusu qaz kəmərini partlatdı Rusların bu “marşrutu” bağlandı

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun Kupyansk istiqamətində istifadə etdiyi qeyri-adi marşrutu — Oskol çayı altında yerləşən qaz kəmərini sıradan çıxarıb.

Bu barədə 429-cu “Axilles” adlı əlahiddə pilotsuz sistemlər polkunun komandiri Yuriy Fedorenko məlumat verib. Onun sözlərinə görə, rus hərbçiləri həmin boru vasitəsilə çayı keçərək gizli şəkildə Kupyansk ərazisinə daxil olmağa çalışıblar. Lakin kəşfiyyat nəticəsində marşrut müəyyənləşdirildikdən sonra Ukrayna ordusu kəmərə zərbə endirib.

“Oskol çayı bölgəsində atəş vasitələri ilə zərbə endirildi. Təfərrüatları açıqlamaq istəmirəm, çünki ehtiyac yaranarsa yenidən vurmaq lazım ola bilər. Nəticədə boru artıq keçilməz vəziyyətə düşüb”, – Fedorenko bildirib.

Qeyd edək ki, sentyabrın 12-də monitorinq layihəsi “Deep State” də Rusiya qoşunlarının məhz bu kəmərdən istifadə edərək Oskol çayını keçdiyini açıqlamışdı. Bu, artıq məlum olan üçüncü hadisədir ki, Rusiya ordusu qaz kommunikasiyalarından istifadə edərək Ukrayna qüvvələrinin arxasına sızmağa çalışır. Daha əvvəl oxşar hallar Avdeyevka və Sudji istiqamətlərində qeydə alınmışdı.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
azpolitika.info

1Mənbələr