AZ

Pakistanda daşqınlarda ölənlərin sayı açıqlandı

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Pakistanda yağan güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı artıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, iyunun 26-dan bəri yaranan daşqınlarda 274-ü uşaq, 163-ü qadın olmaqla 1002 nəfər həyatını itirib, 1000-dən çox insan isə yaralanıb.

Həmçinin qeyd olunub ki, ölkə üzrə 12 mindən çox evə ziyan dəyib, 6509 heyvan tələf olub.

Səlahiyyətlilər, daşqınların 2022-ci ildə 1700-dən çox insanın ölümünə səbəb olan, ölkənin üçdə birinin su altında qaldığı və 32 milyard dollar ziyana səbəb olan fəlakətdən bəri ən böyük fəlakət olduğunu bildirib.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
bakivaxti.az

1Mənbələr