AZ

Heyətin formalaşdırılmasına xərclər üzrə klubların reytinqinə başçılıq edir - "Qarabağ"ın rəqibi

"Çelsi" əsas heyətin hazırkı oyunçularının alınması ilə bağlı transfer ödənişlərinə ən çox vəsait ayıran futbol klublarının reytinqində liderlik edir.

Sportinfo.az xəbər verir ki, hesablamalarda oyunçuların transferləri və icarə müqavilələri üzrə ödənişlər nəzərə alınıb.

CIES-in məlumatına görə, "Çelsi" 1,3 milyard avro xərcləyib.

Liderlərin "üçlüy"ünə İngiltərənin "Mançester Siti" (1,128 milyard avro) və "Mançester Yunayted" (1,071 milyard avro) klubları daxildir.

"Liverpul" (1,065 milyard avro), "Arsenal" (1 milyard avro) və "Tottenhem" (974 milyon avro) klubları 4-6-cı yerlərdə qərarlaşıblar.

Fransanın PSJ klubu reytinqdə 7-ci yeri (873 milyon avro) tutub. Sonrakı pillələrdə "Real" (İspaniya, 854 milyon avro), "Nyukasl" (İngiltərə, 816 milyon avro) və "Atletiko" (İspaniya, 572 milyon avro) qərarlaşıb.

Reytinqdə ümumilikdə 100 klub təqdim olunub.

"Çelsi" və "Liverpul" Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ" klubunun rəqibləridir.

Seçilən
15
sportinfo.az

1Mənbələr