AZ

Türkiyədə irimiqyaslı antiterror əməliyyatı keçirildi

Hurriyyet.az xəbər verir ki, Türkiyədə İŞİD tərəfdarlarına qarşı irimiqyaslı antiterror əməliyyatı keçirilib. Təşkilatla əlaqədə şübhəli bilinən 51 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X şəbəkəsində məlumat verib.

Nazir həmin şəxslərin saxta humanitar fondlar adı altında gizli fəaliyyət göstərdiklərini, həmin fondlar vasitəsi ilə qruplaşmaları maliyyələşdirdiklərini, həmçinin sosial şəbəkələrdə İŞİD təbliğatı apardıqlarını bildirib. Son iki həftə ərzində eyni zamanda ölkənin bir çox bölgələrində, o xümlədən Ankara, İstanbul, İzmir, Antalya, Qaziantep, Diyarbakır, Koceli, Konya və əlavə olaraq, 20-yə qədər şəhərdə antiterror əməliyyatı keçirilib.

Axtarışlar zamanı saxlanılanlardan terror şəbəkəsinin fəaliyyəti ilə bağlı materialların saxlanıldığı rəqəmsal daşıyıcılar və sənədlər müsadirə edilib.

Hürr Tərcüman

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr