AZ

Türkiyədə ticarət mərkəzində GÜCLÜ yanğın - VİDEO

Trabzonun Darıca məhəlləsində yerləşən “Deppo” ticarət mərkəzinin anbar hissəsində bu gün səhər saatlarında yanğın baş verib.

News24.az xəbər verir ki, saat 08:15 radələrində qeydə alınan yanğın qısa müddətdə güclənərək sıx qara tüstü ilə ətrafı bürüyüb. Hadisə ilə bağlı əraziyə çoxsaylı yanğınsöndürmə və xilasedici qruplar cəlb olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində Qara dəniz Sahil yolunda nəqliyyatın hərəkəti nəzarət altına alınıb və maşınların gediş-gəlişi yalnız bir zolaqdan təmin edilir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğının səbəbi hələlik məlum deyil.

Aqil

Seçilən
54
news24.az

1Mənbələr