AZ

Bakıda vətəndaşı hədələyərək mobil telefonunu alıblar

Nərimanov rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək 3150 manat dəyərində olan mobil telefonunu ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı S.Hüseynli tutulub.

Məlumatı DİN mətbuat xidməti verib. 

Xəzər rayonunda isə iki nəfər polisə müraciət edərək evlərindən 3000  manat dəyərində şəxsi əşyalarının və kompüterin talanması barədə polisə müraciət ediblər. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 V.Quliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

P.Əmircanov
XQ

Seçilən
9
7
xalqqazeti.az

9Mənbələr