AZ

Quru əməliyyatı başlayandan bəri 40 mindən çox sakin Qəzzanı tərk edib

İsrail ordusunun Qəzzada quru əməliyyatına başlamasından sonra bölgədə kütləvi köç dalğası müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" Fələstinin “Maan” xəbər agentliyinə istinadən xəbər verir ki, təkcə son iki gün ərzində 40 mindən çox sakin paytaxt Qəzza şəhərini tərk edərək anklavın cənub hissəsinə üz tutub.

Agentliyin xəbərinə əsasən, şəhəri tərk edənlərin əksəriyyətini qadınlar, uşaqlar və yaşlı insanlar təşkil edir. Ümumilikdə isə son vaxtlar azı 400 min nəfərin Qəzzanı tərk etdiyi bildirilir.

Seçilən
18
1
operativmm.az

2Mənbələr