Baş Dövlət Yol Polisi İdarəsi Bakıya giriş-çıxış yollarında fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə davamlı tədbirlər həyata keçirir.
Bu barədə Moder.az-a İdarədən məlumat verilib.
Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda və paytaxtın giriş-çıxış yollarında nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq, yollarda sıxlıqların qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidməti nəzarəti gücləndirib.
Xüsusilə günün pik saatlarında əlavə yol-patrul naryadları xidmətə cəlb olunub, hərəkət axınının tənzimlənməsi, dayanma-durma qaydalarının pozulmasının qarşısının alınması istiqamətində davamlı tədbirlər həyata keçirilir.