AZ

Vəhdət Partiyası – Fədakarlığın və iradənin simvolu

 

Vasif Əfəndi
Vəhdət Partiyası sədrinin müavini, siyasi ekspert


Vəhdət Partiyasının bu günədək mövcudluğunu qoruyub saxlaması, ilk növbədə partiya üzvlərinin fədakarlığı və sədaqəti ilə bağlıdır. Partiyanın yaşaması və fəaliyyətinin davam etdirilməsi üçün bəzən kifayət qədər vəsaitin olmaması, hətta heç bir maddi dəstəyin mövcud olmaması belə, bizi yolumuzdan döndərə bilməmişdir.

Partiyanın fəaliyyəti dövründə dəfələrlə kənardan müdaxilələr olmuş, müxtəlif təzyiqlər və maneələr yaradılmışdır. Lakin bütün bunlara baxmayaraq, Vəhdət Partiyasının fəalları iradə nümayiş etdirmiş, mübariz mövqelərini qoruyaraq partiyanı ayaqda saxlamışlar. Biz həm müxalifət düşərgəsindən, həm də dövlətçiliyimizə qarşı yönəlmiş gizli qüvvələrin köstəbək fəaliyyətlərinə qarşı mübarizə aparmış, milli maraqlardan geri çəkilməmiş və müvazinətimizi qorumuşuq.

Bu gün Vəhdət Partiyası siyasi müstəvidə öz fəaliyyətini davam etdirir. Məqsədimiz ölkəmizin milli maraqlarını müdafiə etmək, xalqın rifahı və gələcəyi naminə siyasi mübarizəni ardıcıl şəkildə aparmaqdır.

Vəhdət Partiyası xalq hərəkatının dalğasında yaranaraq milli birlik ideyalarını önə çəkmiş, özünü siyasi spektrin mərkəzində mövqeləndirən bir təşkilatdır. Partiyanın missiyası cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd – demokratik, ədalətli və firavan gələcək qurmaq naminə bir araya gətirməkdir. Vəhdət üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin ideya banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin irsinə sədaqətlə yanaşaraq, bu tarixi mirası müasir dövrdə yaşatmaq və gələcək nəsillərə ötürmək əzmi ilə fəaliyyət göstərirlər.
Vəhdət ayaqdadır – fədakar üzvlərinin dəstəyi ilə sabaha doğru inamla addımlamaqdadır.
 
 
 
Seçilən
35
azreform.info

1Mənbələr