AZ

Millimiz FİFA reytinqində 2 pillə gerilədi

Azərbaycan millisi FIFA reytinqində daha iki pillə geriləyib.

Modern.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yığma 1148,09 xalla 124-cü sırada qərarlaşıb.

Komanda DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya beş cavabsız qolla uduzub. Bakıda isə Ukrayna seçməsi ilə heç-heçə edib - 1:1.

Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya (1875,37) yer alıb. Fransa (1879,92) ikinci, Argentina (1870,32) üçüncü olub.

Seçilən
15
4
modern.az

5Mənbələr