AZ

Çingiz Hüseynzadə: "30 ildən çoxdur ki, bu ənənə davam edir"

"Olimpiya günü" tədbiri Azərbaycanda 30 ildən çoxdur keçirilir".

İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

"Ənənəvi olaraq "Olimpiya günü" tədbiri keçiririk. Artıq 30 ildən çoxdur bu tədbir Azərbaycanda keçirilir. Ölkəmizdə olimpiya hərəkatının inkişafını göstərmək istəyirik", - o vurğulayıb.

Hüseynzadə Azərbaycanda Olimpiya hərəkatının inkişafı üçün lazımi tədbirlər həyata keçiriləcəyini söyləyib: "Bu tədbiri iyulda keçirməyi planlaşdırırdıq. Lakin həmin vaxt EYOF var idi. Həm də iyulda məktəblər bağlı olduğu üçün tədbiri bu gün təşkil etdik. Qrafikimiz sıxdır. Bir neçə gündən sonra Azərbaycanda III MDB Oyunları keçiriləcək. Daha sonra beynəlxalq yarışlar olacaq. Hazırda güləş üzrə dünya çempionatı keçirilir. Yarışların intensivliyi artır. Azərbaycanda Olimpiya hərəkatının inkişafı üçün nə lazımdırsa, həyata keçirəcəyik".

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, TƏBİB-in, Bakı Şəhər Baş Polis İdarəsinin, Azərbaycan Kəndirlə Mübarizə və Atletika Federasiyalarının dəstəyi ilə Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 131-ci ildönümünə həsr olunmuş "Olimpiya günü" tədbiri Nərimanov rayonunda yerləşən Antena parkında keçirilir.

İdman.biz

Seçilən
35
1
idman.biz

2Mənbələr