AZ

İntensiv yağışlar, daşqınlar gözlənilir

Qeyri-sabit hava şəraiti oktyabrın ortalarına kimi davam edəcək

Qeyri-sabit hava şəraiti oktyabrın ortalarına kimi davam edəcək.

Bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

Torpaq sürüşməsi hadisələri qaçılmaz olacaq

“Sonrakı günlərdə hava şəraitinin nisbətən sabit, illik iqlim normasına yaxın keçəcəyi gözlənilir. Amma şimaldan gələn hava kütlələri artsa, intensiv yağışlar davam edəcək. Bunun nəticəsində mail yamaclarda torpaq sürüşməsi hadisələri qaçılmaz olacaq. Eyni zamanda, intensiv yağış çaylarda sululuğun artmasına səbəb olur. Bununla da müvəqqəti çay daşqınlarının da baş verməsi gözləniləndir”, - o bildirib.

10 gündür havanın qeyri-sabit keçməsi keçid dövrü ilə bağlıdır

Rafiq İsmayılov qeyd edib ki, son 10 gündür havanın qeyri-sabit keçməsi keçid dövrü ilə bağlıdır: “Hazırda şimaldan gələn soyuq hava kütlələri üstünlük təşkil edir. İntensiv yağıntılar nəticəsində dağlıq və dağətəyi rayonlarda, o cümlədən Goranboy, Daşkəsən, Şəki, Zaqatala, Balakən və s. bölgələrində sel hadisələri müşahidə olunub. Bundan əlavə, bitki örtüyü az olan zonalarda - Qəbələdə, Şəkidə və s. regionlarda kiçikmiqyaslı torpaq sürüşmələri də baş verib”.

​​​​​​"Cebheinfo.az"

Seçilən
31
15
cebheinfo.az

10Mənbələr