Sea Breeze
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Uzbekneftegaz” şirkəti arasında əməkdaşlıq çərçivəsində neft-qaz sənayesinin müxtəlif sahələrini əhatə edən təcrübə mübadiləsi proqramları həyata keçirilir.BAKU.NEWS SOCAR-a istinadən xəbər verir ki, layihə çərçivəsində sentyabrın 8–12-də “Uzbekneftegaz” şirkətinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsi” sahəsində təcrübə proqramı həyata keçirilib.Proqram iştirakçılarının SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ilə görüşündə təcrübə mübadiləsinin əhəmiyyəti, tərəfdaşlıq imkanları və əməkdaşlıq perspektivləri müzakirə olunub. İştirakçılar, həmçinin SOCAR-ın Bakı Ali Neft Məktəbində və Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində olublar.Qeyd edək ki, cari il avqustun 25–29-da “Uzbekneftegaz” şirkətinin əməkdaşları üçün “Geoloji-kəşfiyyat işlərinin aparılmasının müasir üsulları və karbohidrogen ehtiyatlarının hasilatının artırılması” istiqamətində də təcrübə proqramı təşkil olunub.Proqram qarşıdakı mərhələlərdə “Neft-qaz biznesində risklərin idarə edilməsi”, eləcə də “Neft-qaz kompleksində innovasiya fəaliyyətinin idarə olunması” mövzuları üzrə davam etdiriləcək.
ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX