AZ

Uitni Hyustonun turnesi təşkil edilir

Uitni Hyustonun varisləri müğənninin ABŞ turunu təşkil edirlər.

OLAY yazır ki, bu barədə “Variety” məlumat yayıb.

Konsertlərdə Hyustonun yeni mahnıları səslənəcək. Nəşrin qeyd etdiyinə görə, müğənninin səsi köhnə yazılardan götürülüb və neyroşəbəkə vasitəsilə yeni ifalar yaradılıb. İlk konsert 20 sentyabrda keçiriləcək.

“Əldə olunan nəticə həqiqətən də özəl bir şeydir: uzun illərin pərəstişkarları üçün bir hədiyyə və onun səsini yeni kəşf edən gənc nəsil üçün güclü bir tanışlıqdır”, – deyə nəşrin müxbiri bildirib.

Uitni Hyuston 11 fevral 2012-ci ildə vəfat edib. 2025-ci ilin avqustunda isə britaniyalı müğənni Rod Styuart öz konsertlərində Ozzy Osbournun neyroşəbəkə ilə yaradılmış videosunu nümayiş etdirməyə başlayıb.

NBC-nin məlumatına görə, o, “Forever Young” (“Həmişə gənc”) hitini ifa edərkən video göstərilib. Kadrlarda Osbourn cənnətdə digər məşhur musiqiçilərlə selfi çəkdirir.

Britaniyalı rok ifaçısının yanında təsvir olunan mərhum musiqiçilər arasında Bob Marley, Tupak Şakur, Freddi Merkuri, Kurt Kobain, Maykl Cekson və başqaları yer alır.

Seçilən
0
1
olay.az

2Mənbələr