AZ

Gənclər Fondu “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş qrant müsabiqəsinin nəticələrini elan edir

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 23 iyun-30 iyul 2025-ci il tarixlərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər və gənclər təşkilatları üçün keçirilən qrant müsabiqəsinin nəticələri elan edilib.SİA xəbər verir ki, qrant müsabiqənin məqsədi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı gənclərin dövlətçilik dəyərlərinə sadiqliyinin möhkəmləndirilməsi, onların dövlətin hüquqi və suveren əsaslarına dair biliklərinin artırılması, Konstitusiya prinsiplərinə əsaslanan layihələrin dəstəklənməsi və bu istiqamətdə ictimai təşəbbüslərin stimullaşdırılmasıdır.

Fondun Müşahidə Şurasının Qərarına əsasən 39 gənclər təşkilatının, 86 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

Qrant müqavilələrinin imzalanması üçün qaliblər 15 oktyabr tarixinədək Gənclər Fondunun ofisinə yaxınlaşa bilərlər.

Müsabiqə qaliblərinin siyahısı ilə Fondun rəsmi internet saytından tanış ola bilərsiniz: https://youthfoundation.az/188752/

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
3
sia.az

5Mənbələr