Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Rafael Urazbaxtin bu gün Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyanın “Sportinq” komandası ilə matç öncəsi Azərbaycan “Qarabağ”ının “Benfika” üzərindəki 3:2 hesablı qələbəsinə toxunub.
Bizim.Media xəbər verir ki, o, müsahibəsinə “Bacardığımız qədər yaxşı oyun nümayiş etdirəcəyik” sözləri ilə başlayıb.
Onun fikrincə, Çempionlar Liqasına düşməyin özü böyük hadisədir.
“Hər hansı təzyiq hiss etmirik, sakitik. Meydana çıxıb ən yaxşı keyfiyyətlərimizi göstərməyə çalışacağıq. “Qarabağ”ın “Benfika”ya qalib gəlməsi göstərdi ki, hər şey mümkündür. Əsas olan adlar deyil, canlı insanlardır. Görək, necə alınacaq. “Sportinq”lə bütün gücümüzü qoyacağıq”, – deyə Urazbaxtin bildirib. (Аzerisport.com)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta