AZ

Minifutbol: Azərbaycan təmsilçiləri növbəti sınağına çıxırlar

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən komandalarımız bu gün növbəti oyunlarına çıxacaqlar.

Fanat.Az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan qitə turnirində ilk olaraq "Aznur" imtahan verəcək. 

Rəcəb Fərəczadənin baş məşqçisi olduğu komanda 2-ci tur çərçivəsində "Oviedo" (İspaniya) ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. "Aznur"un saat 22:00-da qarşılaşacağı rəqib isə Qazaxıstan təmsilçisi "Almatı" olacaq. 

G qrupu

1. Oviedo 1 1 0 0 5-1 3
2. Aznur 1 0 1 0 1-1 1
3. Hoverla Zak Praqa 1 0 1 0 1-1 1
4. Almatı 1 0 0 1 1-5 0 

"Birbaşa Bakı" qrupda 3-cü oyununu Serbiyanın "Red Start Belgrade" kollektivinə qarşı keçirəcək. Oyun saat 16:00-da başlayacaq. 

F qrupu

1. Birbaşa Bakı 2 1 1 0 4-1 4
2. Belqrad 2 1 1 0 4-3 4
3. Portu 2 0 2 0 1-1 2
4. Valsea 2 0 0 2 3-7 0

Digər təmsilçimiz "Zirə" isə saat 17:00-da İsrail "Saloon Afula"sı ilə qarşılaşacaq. 

C qrupu 

1. Zirə 2 2 0 0 4:1 6
2. Saloon Afula 2 1 0 4-3 3
3. Budapeşt 2 1 0 3-3 3
4. Jakmart 2 0 0 2 1-5 0

Qeyd edək ki, "Aznur" ötən gün "Hoverla Zak Praqa" (Çexiya) ilə heç-heçə edib - 1:1. "Birbaşa Bakı" Rumıniya təmsilçisi "Rımniku Vılça" üzərində qələbə qazanıb (4:1), "Portu" ilə qolsuz bərabərə qalıb. "Zirə" Macarıstanın "Budapeşt" komandasını 2:0, Slovakiya təmsilçisi "Jakmart"ı 2:1 hesabı ilə üstələyib.

Seçilən
18
fanat.az

1Mənbələr