AZ

Naxçıvanda sahibkarlara 8,4 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib

Naxçıvan, 18 sentyabr, AZƏRTAC

Cari ilin yanvar–avqust ayları ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 106 layihəyə ümumilikdə 8 milyon 405 min 500 manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 868 min 500 manat və ya 3,3 dəfə çoxdur.

Bu dəstək nəticəsində 92 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

Seçilən
24
2
azertag.az

3Mənbələr