2025-2026-cı tədris ilində bir sıra ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modelinin pilot qaydada tətbiqinə başlanılıb.
Bu barədə Far.Az-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Yeni təmayül tədris modelinin məqsədi X–XI sinif şagirdlərinə istədikləri istiqamətdə dərin öyrənmə imkanı yaratmaq, müəllimlərə təmayül siniflərində uyğun tədris şəraiti təmin etməkdir.
Layihə ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Siyəzən, İmişli, Sabirabad, Beyləqan, Xaçmaz, Goranboy, Neftçala, Quba, Şəki və Lənkəran şəhərlərində seçilmiş ümumi təhsil müəssisələrində tətbiq edilir.
Yeni tədris modelinə uyğun olaraq təmayül siniflərdə sertifikatlaşdırma imtahanında minimum 51 bal, müəllimlərin işə qəbulu imtahanı üzrə minimum 81 bal (sertifikatlaşdırmaya cəlb olunmamış müəllimlərə münasibətdə) toplamış və 3 ildən artıq pedaqoji təcrübəyə malik olan müəllimlər tədris prosesinə cəlb olunurlar.
Qeyd edək ki, yeni tədris modelinin tətbiqi şagirdlərin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirməyə, eləcə də ümumi təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmağa xidmət edəcək.
Tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin pilot olaraq tətbiq edildiyi təhsil müəssisələrinin siyahısı:
Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta ümumtəhsil məktəbi
Bakı şəhəri Tofiq Məmmədov adına 239 nömrəli tam orta ümumtəhsil məktəbi
İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli ümumi orta ümumtəhsil məktəbi
Xaçmaz şəhəri Abamüslüm Səlimov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi
Siyəzən şəhəri Rasim Ramazanov adına 5 nömrəli ümumi orta ümumtəhsil məktəbi
Goranboy şəhəri 4 nömrəli tam orta məktəb
Gəncə şəhəri Məhəmməd Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi
Neftçala şəhəri humanitar fənlər təmayüllü "Muğan" liseyi
Quba şəhəri Tələt Mikayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi
Şəki şəhəri 6 nömrəli tam orta ümumtəhsil məktəbi
Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbi
Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbi