AZ

Azərbaycan əsas tədarük bazarına alma satışından qazancını 70 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 38,3 milyon ABŞ dolları dəyərində 54 min 387 ton alma göndərilib.

Dövlət Statistika Komitəsinin  hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 62 %, kəmiyyət olaraq – 54 % çoxdur.

Hesabat dövründə Rusiyaya 34,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 69 % çoxdur) 49 min 905 ton (+64 %), Türkiyəyə 1,11 milyon ABŞ dolları dəyərində 744,21 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 907 min ABŞ dolları dəyərində (+23 %) 1 min 16 ton (-23 %), Qazaxıstana 635 min ABŞ dolları dəyərində (+2,3 %) 1 min 575 ton (+3,6 %), Özbəkistana 633 min ABŞ dolları dəyərində (-49 %) 542 ton (-60 %) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 54 min 387 ton almanın 91,8 %-i Rusiyanın payına düşüb.

report

Seçilən
25
1
banco.az

2Mənbələr