AZ

Suriya XİN rəhbəri Vaşinqtona səfər edəcək

Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani ABŞ-yə səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, Şeybani Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə etmək üçün Vaşinqtona səfər edəcək.

Məlumata görə, Suriya XİN rəhbərinin sentyabrın 19-da ABŞ dövlət katibi Marko Rubio ilə görüşü gözlənilir. 

Qeyd olunub ki, bu, Suriya xarici işlər nazirinin son 25 ildən artıq müddətdə Vaşinqtona ilk səfəri olacaq. 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
40
missiya.az

1Mənbələr