AZ

Bakıda "Olimpiya günü" tədbiri keçirilib - FOTOLAR

Bakıda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 131-ci ildönümünə həsr olunmuş "Olimpiya günü" tədbiri keçirilib. 

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK), Elm və Təhsil nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, TƏBİB-in, Bakı Şəhər Baş Polis İdarəsinin, Parkın əməkdaşlarının, Azərbaycan Kəndirlə Mübarizə və Atletika Federasiyalarının dəstəyi ilə təşkil olunan mərasimdə MOK-un və qeyd edilən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Açılışdan sonra EYOF 2025-in qalibləri təqdim olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib, qaliblərə təbriklərini çatdırıb.

Tədbir çərçivəsində məktəblilər arasında estafet qaçışı və kəndir dartma yarışları da keçirilib. Qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

Sonda xatirə fotosu çəkdirilib və tədbir bədii hissə ilə davam edib..

Qeyd edək ki, tədbir olimpiya hərəkatı çərçivəsində təşkil olunub.

​​​​​​"Cebheinfo.az"

Seçilən
27
3
cebheinfo.az

4Mənbələr