Türkiyənin "Fənərbağça" klubunun prezidenti Ali Koç sabiq baş məşqçi Joze Mourinyo ilə bağlı qalmaqallı fikirlər səsləndirib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Koçun bu açıqlamaları Mourinyonun "Benfika"nın baş məşqçisi ola biləcəyi barədə yayılan xəbərlərlə əlaqədardır.
"Mən bu xəbəri səhər gördüm, dəqiqliyini bilmirəm. Əgər Mourinyo həqiqətən "Benfika" ilə anlaşırsa, bunu həyatın maraqlı təsadüfü adlandırmaq olar. O, elə böyük məşqçidir ki, sanki "Qarabağ"ın "Benfika" üzərində qələbəsini əvvəlcədən görüb və hesablayıb. Demək olar ki, püşk atılmadan əvvəl... Elə görünür ki, özünün "Fənərbağça"dan ayrılmasını, klub rəhbərliyini tənqid etməsini və "Benfika"ya uduzmasını əvvəlcədən planlaşdırıb. Bu, mükəmməl bir ssenaridir", - Ali Koç bildirib.
Hüseyn
Milli.Az