AZ

Bakı metrosunda GÖZLƏNİLMƏZ YENİLİK - Qiymət artımı olacaq?

“Metroda differensial qiymət artımı ola bilər”.

 

Bu sözləri “Bakı Metropoliteni”nin sədrinin müşaviri Emil Əhmədov yaxın günlərdə olan çıxışlarının birində deyib.

Bu qiymət artımı çərçivəsində hansı yeniliklər nəzərdə tutulur? Qiymət artımı təxminən nə qədər olacaq?

Mövzu ilə bağlı bu sualları Manset.az “Bakı Metropoliteni”nə ünvanlayıb. Metropolitenin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən açıqlamada bildirilib ki, tariflər yalnız ödəniş üsulları ilə bağlı məsələlərə aydınlıq gətirildikdən sonra müzakirə oluna bilər.

“Bakı metropoliteninin gediş haqqı sistemində differensial qaydada ödəniş üsullarının tətbiq edilməsi gələcəkdə nəzərdə tutula bilər. Bunun üçün Bakı metropoliteninin mövcud infrastruktrurunun və texniki resursların, həmçinin differensial ödəniş üsullarının Bakı metropolitenində tətbiqi mümkün olan formalarının qiymətləndirilməsi və araşdırılmaları aparılmalıdır. Eyni zamanda bu ödəniş üsulunun tətbiqi üçün yeni xətlərin və yeni stansiyaların inşası da əhəmiyyət kəsb edir. Tariflər yalnız ödəniş üsulları ilə bağlı məsələlərə aydınlıq gətirildikdən sonra müzakirə oluna, sərnişin maraqları, o cümlədən sərnişinlər üçün daha cəlbedici təkliflər əsas götürülməklə, sosial kateqoriyalara, məsafəyə, metropolitendən istifadəyə və digər çoxsaylı aspektlərə görə dəyərləndirilə və müəyyən edilə bilər”.

Qurumdan verilən rəsmi məlumata görə, hazırda sözügedən artım və differensial ödəniş üsulunun tətbiqi ilə bağlı yalnız müzakirələr aparılır.

 

Fidan Vəlisoy 

Seçilən
18
1
manset.az

2Mənbələr