1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Başqırdıstanın Ukrayna sərhədindən, təxminən, 1500 km aralıda yerləşən Salavat şəhərində "Qazprom"un neft-kimya kompleksinə - "Qazprom Neftexim Salavat"a dron hücumu olub. Zavodda yanğın başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Başqırdıstan administrasiyasının rəhbəri Radiy Xabirov öz "Telegram" kanalında paylaşım edib.
"İki təyyarə tipli pilotsuz uçuş aparatı müəssisəyə hücum edib. Ölən və xəsarət alan yoxdur. Passiv və aktiv müdafiə sistemləri işə düşüb, müəssisənin mühafizəsi atəş açıb. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Hazırda yanğını söndürürük, bütün xidmətlər yerindədir", - deyə o bildirib.
Həmçinin Rusiyanın "Astra" kanalı da hücum yerindən güclü yanğını əks etdirən videogörüntülər yayımlayıb.
Qeyd edək ki, "Qazprom Neftexim Salavat" karbohidrogen xammalının tam dövr emalını həyata keçirir, benzin, dizel yanacağı, kerosin, digər neft məhsulları, mayeləşdirilmiş qazlar, butil spirtləri, plastifikatorlar, polietilen, polistirol, ammonyak və karbamid istehsal edir. Şirkətin strukturuna neft emalı zavodu, qaz-kimya zavodu və "Monomer" zavodu daxildir.